ATMU-nun tələbəsi adını qazanmaq istəyənlərin nəzərinə!
Sizi Dövlət İmtahan Mərəkəzinin (DİM) təşkilatçılığı ilə 31 iyul-2 avqust tarixində saat 10:30-17:00 arasında keçiriləcək Ali Təhsil Müəssisələrinin Sərgisinə dəvət edirik. Sərgi DİM-in İmtahanlar Korpusunda baş tutacaq. Məqsəd ixtisas seçimi üçün abituriyent və təhsil müəssisəsi arasında əlaqə yaratmaqdır.
Sərgidə ATMU ilə yanaşı digər dövlət və özəl ali təhsil müəssisələrinin stendləri də yer alacaq. Universitetin nümayəndələri ATMU-ya aid olan məkanda sizin suallarınızı cavablandıracaq, təhsil müəssisəsi haqqında məlumatlar verəcəklər.
Sərgidə abituriyentlərin iştirakı qeydiyyat əsasında həyata keçirilir.
Sərginin işıqlandırılması üçün KİV nümayəndələrinin iştirakı da nəzərdə tutulur.
Ətraflı məlumat üçün: https://dim.gov.az/az
Azərbaycanca