30.07.2024
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 537
ATMU-nun məzunu Erasmus Mundus Təqaüd Proqramı ilə təhsilini Avstriya Universitetində davam etdirir

Azərbaycan Turizm və Menecment Universitetinin məzunu Elmira Hüseynli Erasmus Mundus Təqaüd Proqramı ilə təhsilini Avstriya Universitetində davam etdirir.

Elmira Hüseynli 2018-2022-ci illərdə ATMU-da Turizm və Otelçilik ixtisasında təhsil alıb. Həmin dövrdə ATMU ilə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin transmilli "Azərbaycan Avstriya Turizm proqramı" çərçivəsində təhsilini davam etdirib və bakalavr dərəcəsi üzrə iki diplom ilə məzun olub.

E.Hüseynli hazırda magistratura pilləsində Avropa İttifaqının Erasmus Mundur Təqaüd Proqramı çərçivəsində Turizm idarəetməsi üzrə (EMTM) Avstriya Universitetində təhsil alır. O, həmçinin Satış və Biznesin İdarəedilməsi üzrə Helsinki Digiole şirkətində hibrid formada çalışır.

Digiole, ekosistem biznes modellərini təmin etmək üçün sənayelər üçün dünyada aparıcı rəqəmsal qarşılıqlı fəaliyyət həlləri təqdim edən texnoloji şirkətdir.

İMC Krems Universiteti ATMU-nun məzununa təkcə bilik yox, həmçinin uzunmüddətli dostluqların qurulması, şəxsi və professional bacarıqların inkişafı üçün imkanlar qazandırıb.

Qeyd edək ki, Elmira Hüseynli Erasmus Mundur Təqaüd Proqramı çərçivəsində həmçinin Danimarkanın “Cənubi Danimarka Universiteti”, Sloveniyanın “Lyublyana Universiteti” və İspaniyanın “Girona Universiteti”ndə təhsil alıb.