SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
08.01.2021
Vəfa Bəkirova
Bölmə: Xəbərlər
Baxış sayı: 1145
Qarabağ qazisi Yasin Səməndərov

Qürurla qeyd edilməlidir ki, İkinci Qarabağ müharibəsində vətən torpaqlarının düşmən işğalından azad olunması uğrunda qəhrəmancasına döyüşən igid Azərbaycan oğulları sırasında Azərbaycan Turizm və Menecment Universitetinin tələbə və məzunları da var.

Universitetin 2020-ci il məzunu Yasin Səməndərov 44 günlük müharibədə iştirak edərək “II Qarabağ müharibəsi qazisi” adını qazanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Yasin Səməndərov “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qazimizin Mədəniyyət kanalına müharibə ilə bağlı təəssüratlarını bölüşdüyü müsahibəsini diqqətinizə çatdırırıq.

Müsahibə linki: https://www.youtube.com/watch?v=WbaYZIZJoCY&t=13s