15.08.2024
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 549
Məzunumuzdan sevindirici xəbər!

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və Qonaqpərvərlik fakültəsinin Tərcüməçilik ixtisası üzrə, həmçinin ATMU və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə birgə həyata keçirilən İkili Diplom Proqramının məzunu Selcan Vəliyeva “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qalibi olub.

Məzunumuz 2024/2025-ci tədris ilindən etibarən Böyük Britaniyanın nüfuzlu Liverpool Universitetində “Ətraf Mühitin İdarə Edilməsi və Qiymətləndirilməsi” ixtisası üzrə magistratura pilləsində təhsil alacaq.

Qeyd edək ki, 2022/2023-cü tədris ilində bakalavr dərəcəsi üzrə məzun olan Selcan Vəliyeva, Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin İkili Diplom Proqramı çərçivəsində təhsilini fərqlənmə ilə başa vurub.

Məzunumuzu təbrik edir və ona müvəffəqiyyətlər arzulayırıq.