16.08.2024
Tədris Metodiki Şöbə
Bölmə: Elanlar
Baxış sayı: 1198
ATMU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə!

 

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi 

Azərbaycan Turizm və Menecment Universiteti


2024/2025-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə təkrar ali təhsil almaq üçün qəbul elan edir:

  • Turizm işinin təşkili
  • Turizm bələdçiliyi
  • Menecment
  • Marketinq         
  • Maliyyə
  • Mühasibat
  • Qida mühəndisliyi
  • Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)
  • Sosial iş
  • Muzeyşünaslıq, arxiv işi və abidələrin  qorunması
  • Beynəlxalq münasibətlər
  • Dövlət və bələdiyyə idarəetməsi

 

Təkrar ali təhsil almaq üçün əvvəlki ali  təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər ATMU-nun müəyyənləşdirdiyi qaydaya əsasən müsabiqədə iştirak edə bilər.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Təhsil müəssisəsi rəhbərinin adına ərizə;
  • Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq edilmiş surəti və qiymət kitabçasından çıxarış;
  • Əmək kitabçasından çıxarış;
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • 3x4 ölçüdə 4 ədəd fotoşəkil;
  • Tibbi arayış;
  • İş yerindən arayış

Sənədlər 31 may -30 avqust   tarixlərdə, həftənin I-V günləri saat 09:00-17:00 ATMU-nun əsas korpusunda  qəbul edilir.

Təkrar ali təhsil almaq üçün ATMU-ya sənədlərini təqdim etmiş şəxslərlə ATMU-da yaradılan Komissiya müsahibə aparır. Müsahibədən uğurla keçənlər seçdikləri əlavə təhsil ixtisası üzrə təkrar ali təhsil alan tələbələr sırasına qəbul edilirlər. Təkrar ali təhsil almaq şansı əldə etmiş  və tələbələr sırasına qəbul edilmiş şəxslər əvvəlki ali təhsil ixtisaslarının uyğunluğundan asılı olaraq müvafiq ixtisaslara qəbul olunur və onlar üçün  təhsil müddəti müəyyənləşdirilir.

            Xaricdə təhsil almış şəxslər təkrar ali təhsil almaq üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində müvafiq prosedur (nostrifikasiya) keçməklə şəhadətnamə aldıqdan sonra sənədlərini təqdim edə bilərlər.

Təhsil ödənişlidir. Təhsil haqqı ixtisaslara uyğun olaraq müəyyənləşdirilir.

Qeyd: Sənəd təqdim edən şəxslər həmçinin elektron formada Elm və Təhsil Nazirliyinin www.portal.edu.az saytından da qeydiyyatdan keçməlidirlər. Yuxarıda qeyd olunan sənədlərin hər birinin 30 avqust saat 18:00-adək  sistemə yüklənilməsi mütləqdir.

         
Azərbaycan Turizm və Menecment Universiteti

K.Rəhimov küç. 822/23-cü məhəllə

AZ 1072, Bakı ş.         

Tel:    (+99412)  5644233(daxili: 125)

         (+99412) 5645411

Email: info@atmu.edu.az

 URL: www.atmu.edu.az