ATMU-da Eskişehir Osmanqazi Universitetinin akademik heyəti ilə görüş keçirilib
23.09.2024
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 421
ATMU-da Eskişehir Osmanqazi Universitetinin akademik heyəti ilə görüş keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində Türkiyənin Eskişehir Osmanqazi Universitetinin (ESOGÜ) akademik heyəti ilə görüş keçirilib. Görüş zamanı ATMU-nun Strateji İnkişaf üzrə prorektoru Araz Aslanlı, Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisləri İranə Axundova və Hikmət Quliyev qonaqları qəbul edib və hər iki universitet arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində geniş müzakirələr aparılıb.

Tərəflər iki qardaş ölkə arasında təhsil sahəsində mövcud əlaqələrə toxunaraq, bu əməkdaşlığın gələcəkdə daha da genişlənməsi üçün potensialın olduğunu bildiriblər.

Görüşdə akademik heyət mübadiləsinin əhəmiyyəti vurğulanıb, universitetlərarası əlaqələrin gücləndirilməsi, müştərək proqramların həyata keçirilməsi və bu sahədəki mövcud imkanlardan səmərəli istifadə olunması məsələləri ön plana çəkilib.

Sonda bu əməkdaşlığın hər iki ali təhsil müəssisəsinin akademik və elmi inkişafına mühüm töhfə verəcəyi ifadə edilib.

Qeyd edək ki, 23-27 sentyabr 2024-cü il tarixlərində baş tutacaq mobillik həftəsi çərçivəsində ESOGÜ-nün İqtisadi və İdari Bilimlər fakültəsindən Doktor Öğretim Üyesi Seher Gülşah Sekmen, Doktor Öğretim Üyesi Taner Sekmen, Doktor Öğretim Üyesi Tamer Kaşıkçı və Doçent Dr. Mustafa Yetim iştirak edəcəklər.