Tələbələr ATBA İdarə Heyətinin sədr müavini Tural Musayevlə görüşüb
30.09.2024
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 331
Tələbələr ATBA İdarə Heyətinin sədr müavini Tural Musayevlə görüşüb

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Turizm İşçiləri günü” münasibətilə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) İdarə Heyətinin sədr müavini Tural Musayevlə görüş təşkil edilib. Görüş universitetinin “Turizm və qonaqpərvərlik” fakültəsinin “Turizm bələdçiliyi” ixtisası üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulub.

Məqsəd turizm sahəsinin inkşafı üçün yeni bələdçi kadrlar hazırlanmasında bilik və təcrübənin bölüşülməsi olub. Tələbələr görüş zamanı bələdçi peşəsinin incəliklərinə yiyələnmək, bu sahədə uğurlu karyeranın əsas aspektlərini müzakirə etmək üçün imkan əldə ediblər.

Görüş çərçivəsində ATBA-nın İdarə Heyətinin sədr müavini Tural Musayev turizm bələdçisi olmağı hədəfləyən tələbələr üçün yaradılan imkanlardan bəhs edib. Turist bələdçiliyi fəaliyyətinin turizmin inkişafına dəstək verən əsas xidmət sahələrindən biri olduğu bildirilib və peşəkar bələdçi olmağın qaydaları ətraflı müzakirə edilib.

Assosiasiya, turist bələdçisi kursları və turist bələdçisi peşəsi, o cümlədən ölkəmizdə turizmin mövcud vəziyyəti haqqında ətraflı məlumat verilib.

Ölkəmizin ev sahibliyi edəcəyi COP29-a hazırlıqla bağlı turizm sektorunda görülən işlərlə bağlı danışan T.Musayev bildirib ki, bu beynəlxalq tədbir çərçivəsində turizm bələdçilərinin rolu və əhəmiyyəti xüsusi önəm kəsb edir.

Görüşün sonunda tələbələrin çoxsaylı və maraqlı sualları cavablandırılıb.