Polşa Respublikasının Jan Kochanowski Universitetinin Coğrafiya İnstitutunun professoru Dr. Mariya Görska-Zabielska və Lodz Universitetinin Coğrafiya elmləri fakültəsinin Geologiya və geomorfologiya kafedrasının professoru Lyuçina Vaçeka-Kotkovskaya Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) qonaq olublar.
ATMU-nun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Orxan Musa və şöbənin mütəxəssisi Hikmət Quliyev qonaqları qəbul edib. Görüş zamanı şöbə müdiri universitetin tarixi və fəaliyyəti ilə bağlı polşalı alimlərə geniş məlumat verib. Həmçinin hər iki universitet arasında mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
Daha sonra qonaqların tələblərlə görüşü baş tutub. Prof. Dr. Mariya Görska-Zabielska “Şimali Qərbi Polşada Skandinaviya nizamsız daşları-geoloji irs, konservasiya və geoturizmin təbliği” (“Scandinavian erratic boulders in NW Poland - geological heritage, conservation and geotourism promotion”) və prof. Dr. Lyuçina Vaçeka-Kotkovskaya “Mərkəzi Polşanın geologiyası və geomorfologiyası” (“Geology and geomorphology of central Poland”) mövzusunda təqdimatla çıxış ediblər.
Təqdimatlardan sonra professor-müəllim heyəti və tələbələr arasında maraqlı müzakirələr olub.
Azərbaycanca