ATMU əməkdaşları “Ali təhsil müəssisələrində keyfiyyət təminatı” adlı simpoziumda iştirak ediblər
02.10.2024
Keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 457
ATMU əməkdaşları “Ali təhsil müəssisələrində keyfiyyət təminatı” adlı simpoziumda iştirak ediblər

“ADA” Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) birgə təşəbbüsü ilə ali təhsil müəssisələrində keyfiyyət tətminatına həsr olunmuş simpozium tədbiri baş tutub. Simpoziumda Azərbaycan Turizm və Menecment Universitetinin Keyfiyyət təminatı şöbəsinin baş mütəxəssisi Firuzə Raşova və İctimai fənlər kafedrasının müəllimi / ATMU-nun Keyfiyyət təminatı komissiyasının üzvü Fatimə Süleymanova iştirak ediblər.

“ADA” Universitetində keçirilən simpozium keyfiyyət təminatı ilə əlaqəli bir sıra mövzuları əhatə edib. Bununla yanaşı, simpoziumda əsas müzakirə obyektlərindən biri institusional akkreditasiya zamanı keyfiyyət təminatının sisteminin əhəmiyyəti olub. Simpoziumda Azərbaycanın bir sıra universitetlərindən nümayəndələr, həmçinin beynəlxalq mütəxəssislər iştirak ediblər.

Yekunda universitetlərarası fikir mübadiləsi aparılıb, universitetlərdə keyfiyyət təminatı sistemi ilə bağlı yaranan çətinliklər müzakirə edilərək simpozium iştirakçılarına sertifikatlar təqdim edilib.