Azərbaycan-Avstriya Turizm Proqramının AATP 2023 Bakalavr qrup tələbələri Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində Avstriya Respublikasının IMC Krems Tətbiqi Elmlər Universitetində mübadilə proqramında iştirak edir.
✨Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində təhsil alan AATP 2023 Bakalavr qrupunun tələbələri Jasmin Məcidova və Zəfər Aslanov 2024/25-ci tədris ilinin qış semestrində Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetində təhsillərini davam etdirəcəklər. Hər iki tələbə yüksək akademik göstəriciləri, liderlik bacarıqları və fəal iştirakları ilə seçildikləri üçün bu nüfuzlu proqramda iştirak etmək hüququ qazanıblar.
✨Jasmin Məcidova və Zəfər Aslanov akademik uğurları və qətiyyətləri sayəsində bu təhsil mübadiləsi proqramına qəbul edilərək, turizm sahəsində beynəlxalq təcrübə qazanmaq və biliklərini genişləndirmək imkanı əldə edəcəklər. Onların Avstriyada təhsil alması, qlobal turizm bazarına daha yaxşı uyğunlaşma və peşəkar bacarıqlarını inkişaf etdirmə istiqamətində böyük addım olacaq.
✨İki universitet arasında əməkdaşlıq əlaqələri tələbələrimizin peşəkar inkişafına güclü təkan verir və onlara gələcək karyeralarında uğur qazanmaları üçün zəngin təcrübə təqdim edir. Tələbələrimizə bu mübadilə proqramında uğurlar arzulayırıq və onlarla qürur duyuruq.
▶️Proqram haqqında ətraflı məlumat https://atmu.edu.az/az/ikili-diplom-beynelxalq-elaqeler
#ATMU
#IMCKrems
#AATP
#Erasmus
#ExchangeSemester
Azərbaycanca