SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
ATMU tələbələrinin Milli Hidrometeorologiya Xidmətində ekskursiyası
10.10.2024
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 138
ATMU tələbələrinin Milli Hidrometeorologiya Xidmətində ekskursiyası

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələrinin  ATMU, ATMU THİK və ATMU TGT-nin birgə layihəsi çərçivəsində Milli Hidrometeorologiya Xidmətində ekskursiyası təşkil edilib. 
Ekskursiya zamanı tələbələr ətraf mühitin qorunmasının vacibliyinə, qlobal iqlim dəyişikliyi ilə mübarizənin önəminə həsr olunmuş diskussiyada iştirak ediblər. Tələbələr əvvəlcə Xidmətin nəzdində fəaliyyət göstərən Situasiya Mərkəzi və Hidrometeorologiya muzeyi ilə tanış olublar. Daha sonra Xidmətin mütəxəssisləri tərəfindən onlara hidrometeoroloji müşahidələrin təşkili, cihaz və avadanlıqların istifadə qaydaları, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması, doppler radar sistemi, həmçinin əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub. Eyni zamanda muzeydəki eksponatlar, hidrometeoroloji cihazlar nümayiş etdirilib, onların iş prinsipləri barədə məlumat verilib.