SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
11.10.2024
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 122
"Gənc turizm liderləri"

2024-cü ilin 18-20 oktyabr tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin tərəfdaşlığı ilə Quba şəhəri Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində “Gənc turizm liderləri” adlı düşərgənin keçirilməsi nəzərdə tutulub.

Düşərgənin keçirilməsində məqsəd “Əylənərək öyrənirik” metodu əsasında gənclərin qeyri-formal təhsil alətləri ilə turizm sahəsində bilik və bacarıqlarını formalaşdırmaq, onların innovativ düşüncə və liderlik keyfiyyətlərini artırmaqdır.

Qeydiyyat üçün: https://forms.gle/Qs7n1HtwTWVLoZxM7

#AZEyouth #birkimibirlikdə #GənclərDüşərgəsi #ATMU #DTA