SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
ATMU-nun müəllim və tələbələri Akademik Milli Dram teatrında olublar
14.10.2024
Dillər Kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 59
ATMU-nun müəllim və tələbələri Akademik Milli Dram teatrında olublar

13 oktyabr 2024-cü il tarixdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) turizm işinin təşkili, tərcümə və maliyyə ixtisasının bir qrup tələbəsi, həmçinin Dillər kafedrasının müəllimləri Azərbaycan Dövlət Akademik Milli Dram teatrında olublar.

Onlar görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş “Ah, bu uzun sevda yolu” adlı səhnə əsərinə tamaşa ediblər.

Qeyd edək ki, səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli dramdır.Tamaşanın rejissoru Anar Sadıqov, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.

“Ah, bu uzun sevda yolu” əsəri 1937-ci ilin repressiya qurbanı olan istedadlı şair Mikayıl Müşfiqin nakam ömrü, yarımçıq qalmış yaradıcılığı və məhv edilmiş məhəbbəti haqqındadır.

Tamaşada xalqımızın heç vaxt unutmayacağı qanlı-qadalı repressiya illərindən bəhs edilir.

Səhnə əsərində M.Müşfiqin nakam taleyi əks olunsa da, repressiyaya məruz qalmış minlərlə insanın məhv edilmiş həyatı göz önündə canlanır.