SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
ATMU-nun kafedra müdiri Həştərxanda keçirilən beynəlxalq forumda
16.10.2024
Mehmanxana və restoran biznesi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 95
ATMU-nun kafedra müdiri Həştərxanda keçirilən beynəlxalq forumda

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev Rusiya Federasiyasının Həştərxan vilayətində keçirilən “Xəzəryanı Ölkələrin Universitetlər Assosiasiyasının və Elmi-tədqiqat mərkəzlərinin XXVI Baş Assambleyası”və “Xəzər dialoqu” adlı beynəlxalq forumda iştirak edib.

Tədbirin fəaliyyəti çərçivəsində baş tutan “Xəzəryanı ölkələrin iqtisadi və sosial-mədəni aspektlərində qlobal tendensiyalar: Şimal-cənub dəhlizində dünyəvi əlaqələrin inkişafı” adlı beynəlxalq elmi-praktik konfransda N.Quliyevin “Azərbaycanda multikulturalizm mühiti” adlı məruzəsi dinlənilib. Həştərxan Dövlət Universitetində isə müvafiq ixtisas tələbələri üçün təşkil edilən müzakirə saatının əsas məruzəçisi olub.

Beynəlxalq forumun bağlanış günündə Xəzəryanı ölkələrin universitetlərinin professor-müəllim heyəti və tələbələri üçün turizm marşrutlarının təşkili, turizmin inkişafına dair əhəmiyyətli layihələrin, o cümlədən sahil zonalarında ətraf mühitin qorunması proqramının işlənib hazırlanması üzrə təkliflər təsdiq edilib.

Beynəlxalq tədbirdə ölkəmizlə yanaşı, Rusiya Federasiyası, İran İslam Respublikası, Türkmənistan, Qazaxıstan, Özbəkistan və ümumilikdə 120 universitetdən nümayəndə heyəti iştirak edib.