SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
ATMU tələbələri DAAD proqramı çərçivəsində Almaniyada təhsil alırlar
16.10.2024
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 65
ATMU tələbələri DAAD proqramı çərçivəsində Almaniyada təhsil alırlar

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Almaniyanın Yade Tətbiqi Elmlər Universiteti arasında 2008-ci ildən başlayan əməkdaşlıq ATMU tələbələrinə beynəlxalq təhsil imkanları yaradır. Bu əməkdaşlıq çərçivəsində, DAAD proqramı vasitəsilə tələbələr Almaniyada turizm sahəsində dərin biliklər əldə edir və beynəlxalq səviyyədə təcrübə qazanırlar.

2024-cü il payız semestrində ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin 3-cü kurs tələbələri Cavad Abbaszadə və Elay Hüseynova DAAD proqramı çərçivəsində Yade Tətbiqi Elmlər Universitetində təhsillərini davam etdirirlər. Bu proqram onlara həm akademik sahədə inkişafetmə, həm də fərqli ölkələrdən olan tələbələrlə mədəni və sosial əlaqələr qurmaq fürsəti yaradır.

Beynəlxalq əməkdaşlıqlar çərçivəsində tələbələrin əldə etdiyi uğurlar və qazandıqları təcrübələr onların gələcək karyeralarında mühüm rol oynayır. DAAD proqramında iştirak edərək, Cavad Abbaszadə və Elay Hüseynovanın bu imkanlardan səmərəli istifadə etmələri, həm akademik, həm də şəxsi inkişaflarına töhfə verəcək.