SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
ATMU-da “Ümumdünya Qida Günü”nə həsr olunmuş seminar keçirilib
16.10.2024
Mehmanxana və restoran biznesi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 64
ATMU-da “Ümumdünya Qida Günü”nə həsr olunmuş seminar keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 16 Oktyabr “Ümumdünya Qida Günü”nə həsr olunmuş “Turizmdə qidanın rolu” mövzusunda maarifləndirici seminar keçirilib. Seminar kulinar texnoloq, bir sıra kulinariya kitablarının yazarı, televiziya və radio aparıcısı, turizm işləri üzrə ekspert Ağa Kərim Şəmidzadə tərəfindən təşkil olunub. Məqsəd qida normaları, sağlam və rasional qidalanmanın vacib məqamları, eləcə də gündəlik istifadə edilən qidalarla bağlı tövsiyələri tələbələrin diqqətinə çatdırmaq olub.

İlk olaraq ATMU-nun Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev qonağı və tələbələri salamlayaraq bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

Sonra qonaq tələbələrə bu günün əsas məqsədi haqqında məlumat verib. O bildirib ki, günün mahiyyəti dünyada aclıqdan və qida çatışmazlığından əziyyət çəkən insanlara, ərzaq itkisi və tullantısının azaldılmasına dair qlobal maarifləndirmənin aparılması və hər kəs üçün sağlam qidalanmanın təmin edilməsinin vacibliyini vurğulamaqdır.

A.Şəmidzadə qidanın turizmə təsirinin əsas xüsusiyyətləri və göstəriciləri, turistlərin qida seçimləri, turizm obyektlərində qida təchizatı və qida məhsulları alarkən nələrə diqqət etməli mövzularında təqdimatla çıxış edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, xatirə şəkli çəkilib.