SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
08.01.2021
Vəfa Bəkirova
Bölmə: Xəbərlər
Baxış sayı: 869
"Haradan və necə başlayaq?" təlimi

Azərbaycan Turizm və Menecement Universitetinin təşkilatçılığı ilə  07 yanvar 2021-ci il tarixində ZOOM platforması üzərindən “Haradan və necə başlayaq?” adlı onlayn təlim baş tutdu. Təlim "Əngəlsiz Düşüncə" Sosial  İnkişafa Yardım İctimai birliyinin sədri, 2020-ci il Gənclər üçün ayrılmış Prezident mükafatçısı, Boccia idman növü üzrə paralimpiyaçı,  şair-yazar və təlimçi motivator Mətanət Quliyeva (Qüdsi) tərəfindən aparıldı. Təlimçi-motivator iştirakçılarla  44 günlük Vətən müharibəsindən sonra və pandemiya dövründə yaranmış yeni şəraitdə haradan və necə başlamalı olduqları, Covid-19 pandemiyasının qazandırdıqları, hədəf, məqsəd və motivasiyanın nə olduğu, hədəflərin müəyyən olunması və s. məsələlər barədə ətraflı fikir mübadiləsi apardı.

Diskussiya formatında baş tutan təlimdə tələbələr onları maraqlandıran sualları Mətanət Quliyevaya ünvanlayıb ətraflı cavab almaqla yanaşı, hədəflərinə çatmaq yolundakı maeələr, onları necə dəf etmələri barədə də müzakirələr apardılar.