Bakıda "Zamanını aşan miras - İpək Yolu" adlı beynəlxalq sərgi-konfrans təşkil edilib. Tədbirdə ATMU-nun Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı məruzə ilə çıxış edib.
Sərgi-konfrans Türkiyənin İnsan və Mədəniyyət Hərəkatı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı Səfirliyi, Konya Böyükşəhər Bələdiyyəsi, Türk Dünyası Bələdiyyələr Birliyi, İstanbul Ticarət Universiteti, Xəzər Universiteti, Muzey Mərkəzi və Bakı Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə təşkil olunub.
Tədbirin açılışında İnsan və Mədəniyyət Hərəkatı Sənət Birliyinin sədri Məryəm Güney, Xəzər Universitetində Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Türkiyənın ölkəmizdəki səfiri Dos. Dr. Cahit Bağcı çıxış ediblər.
Daha sonra Prof. Dr. İlyas Kemaloğlunun moderatorluğu ilə xüsusi panel keçirilib. Paneldə ATMU-nun Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı "Müasir İpek Yolun baxımından Trans Xəzər əməkdaşlığı" mövzusunda çıxış edib.
Azərbaycanca