24.10.2024
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 637
AZƏRBAYCAN-AVSTRİYA TURİZM PROQRAMI ÜZRƏ VAKANSİYA

Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində “Beynəlxalq və Turizm Hüququ” (International and Tourism Law) fənnini tədris edəcək təcrübəli namizədə ehtiyac var

Namizədə olan tələblər:

• Hüquq sahəsində magistr və ya doktorantura dərəcəsi (beynəlxalq hüquq və ya turizm hüququ üzrə ixtisas üstünlükdür)

• İngilis dilində səlis yazı və danışıq qabiliyyəti (C1)

• Pedaqoji təcrübə, innovativ tədris və təlim metodlarından istifadə etmək bacarığı

• Tədris planına uyğun olaraq müvafiq sillabus və tədris materiallarını hazırlamaq

Vəzifə öhdəlikləri:

• Beynəlxalq və Turizm Hüququ fənninin tədrisi və proqramın tələblərinə uyğun olaraq dərs planlarının hazırlanması

• Tələbələrin akademik inkişafını dəstəkləmək və onlara istiqamət vermək

• Fənn üzrə mühazirələr təşkil etmək

Maraqlanan namizədlərdən öz CV-lərini international@atmu.edu.az ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 28.10.2024