Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində proqramın sonuncu kurs tələbələri diplom işlərinin yazılması ilə bağlı dərslərdə iştirak ediblər. Bu dərslər tələbələrin elmi-tədqiqat bacarıqlarını gücləndirmək və diplom işlərinin hazırlanmasında onlara dəstək məqsədi daşıyır. Dərslər Avstriyanın IMC Krems Universiteti Tətbiqi Elmlər Universitetinin professoru İvana Volic tərəfindən aparılıb.
Təlim müddətində tələbələrə mövzu seçimi, tədqiqat metodologiyası, yazılış texnikaları və tədqiqat strukturunun qurulması barədə dərin biliklər təqdim edilib. Professor Volic tələbələrin akademik tədqiqat sahəsində uğur qazanmasına və bu mərhələni müvəffəqiyyətlə keçməsinə yardımçı olmaq üçün praktiki təlimatlar və dəyərli məsləhətlər verib.
Azərbaycan-Avstriya Turizm Proqramı tələbələrə beynəlxalq təhsil standartlarına uyğun bilik və bacarıqlar qazandırmaqla yanaşı, onların ixtisaslı mütəxəssis kimi yetişməsinə böyük töhfə verir. Diplom işlərinin yazılması mərhələsi isə bu prosesin mühüm hissəsidir və tələbələrin öz sahələrində elmi tədqiqat aparma bacarığını inkişaf etdirməsinə imkan yaradır.
Azərbaycanca