Dəyərli professor-müəllim heyəti!
İtaliyanın “G. d’Annunzio” Chieti-Pescara Universiteti Akademik heyət üçün mübadilə imkanı elan edir.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramı çərçivəsində İtaliyanın “G. d’Annunzio” Chieti-Pescara Unİversİteti 2024/25-ci tədris ili üzrə Akademik heyətin üzvləri üçün müraciəti açıq elan edir.
Müraciət Sosial və İqtisadi sahələr üzrədir.
Tələb olunan sənədlər:
• Passport yaxud şəxsiyyət vəsiqəsinin surəti
• Europass formatında CV (ingilis dilində)
• Tövsiyə məktubu (ingilis dilində)
• Motivasiya məktubu (ingilis dilində)
• Dil sertifikatı (əgər varsa)
ATMU-dan yalnız 1 namizədin iştirakı nəzərdə tutulub.
Ətraflı məlumat əldə etmək üçün: ATMU Beynəlxalq Əlaqələr şöbəsinə yaxınlaşa bilər (II mərtəbə, 201-ci otaq) və ya
international@atmu.edu.az email ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
Müraciət üçün son tarix: 10 Noyabr 2024
Qeydiyyat üçün linkə keçid edin. https://forms.office.com/r/tcNh4B7Y4w?origin=lprLink
Azərbaycanca