31 oktyabr 2024-cü il tarixdə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasda ATMU-da semestrdaxili aralıq qiymətləndirməyə hazırlığın vəziyyəti müzakirə olunub. Təhsildə qiymətləndirmə şöbəsinin müdiri, i.ü.f.d. Fərid Cabbarlı hazırlıqla bağlı məlumat verib. Vəziyyətin qənaətbəxş olduğu qeyd edilib, imtahanların təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.
Gündəlikdəki digər bir mövzu, ATMU-da əmək haqlarının artırılması məsələsi olub. ATMU-nun rektoru t.ü.f.d. İlham Mədətov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirdiyi tədbirləri, verdiyi göstəriş və sərəncamları nəzərə alaraq, ATMU əməkdaşlarının rifahını yüksəltmək və motivasiyasını artırmaq məqsədilə əmək haqlarının artırılmasını təklif edib. Elmi Şura ATMU-nun professor-müəllim heyətinin və inzibati heyətinin əmək haqqısının artırılması barədə qərar qəbul edib.
İclasda doktorantların mövzularının təsdiqi məsələsi müzakirə edilib və müvafiq qərar qəbul edilib.
Bundan əlavə, siy.e.ü.f.d. Şəbnəm Zeynalovanın ATMU-nun beynəlxal münasibətlər kafedrasında dosent vəzifəsinə seçilməsi məsələsi müzakirə olunub, çıxışlar dinlənilib və müvafiq qərar qəbul edilib.
İclasda fənlərin qradasiyası qaydalarının təsdiqi haqqında məsələlər də müzakirə edilib.