04.11.2024
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 92
ATMU tələbələri “Qələbə qaçışı”nda iştirak ediblər

Noyabrın 3-də Gənclər və İdman Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 4-cü ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yarışını təşkil edib.

“Qürurla irəli” şüarı ilə keçirilən yarışda Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri də iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra iştirakçılar Dənizkənarı Milli Parkda “Yeddi gözəl” fəvvarəsinin yanından yarışa başlayıblar. Onlar 10 kilometr məsafəni qət edərək eyni məkanda finişə çatıblar.

Yarış çərçivəsində maraqlı və əyləncəli tədbirlər də təşkil olunub.

Qaçışın nəticələrinə əsasən, nəzərdə tutulan məsafəni kişilərdə ilk qət edən Elmar Abışov olub. Samir Hüseynov ikinci, Musa Mikayılzadə isə üçüncü yeri tutub.

Qadınlar kateqoriyasında isə Anna Yusupova, Leyla Abdinova, Natalya Vallek ilk üç yerdə qərarlaşıblar.

“Qələbə qaçışı”nda gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva iştirak ediblər.

Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.