SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
11.11.2020
Vəfa Bəkirova
Bölmə: Xəbərlər
Baxış sayı: 187
Məzunumuz Məhəmmədəli Həsənzadə vətən müharibəsində şəhid olub

Azərbaycan Turizm və Menecment Universitetinin Menecment ixtisasının 2020-ci il məzunu Məhəmmədəli Həsənzadə vətən torpaqlarının düşmən işğalından azad olunması uğrunda  27 sentyabr  2020-ci ildə başlayan müharibədə iştirak etmişdir.

Ağdam, Füzuli, Cəbrayıl, Hadrut qəsəbəsi və Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərmişdir.

Hadrut uğrunda gedən döyüşlərdə yaralı əsgər yoldaşını müharibə ərazisindən çıxararaq həyatını xilas etmişdir. 

Noyabrın 6-da Xocavənd uğrunda  gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə ucalmışdır. 

Şəhidimizlə fəxr edirik!