ATMU beynəlxalq festivalda Xınalıq kəndini təqdim edib
25.11.2024
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 403
ATMU beynəlxalq festivalda Xınalıq kəndini təqdim edib

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) İtaliyanın Romualdo del Bianco Fondunun təşkilatçılığı ilə keçirilən “Life Beyond Tourism, LBT” hərəkatı çərçivəsində onlayn formatda təşkil olunan festivalda iştirak edib.

Festival çərçivəsində ATMU-nun Turizm Biznesi kafedrasının baş müəllimi Çinarə İmamverdiyeva və Turizm və Qonaqpərvərlik fakültəsinin tələbələri Fidan Əhmədova və Nihad Sadıxov "Xınalıq – Buludlar İçində Qədim Kənd" (“Khinalug – The Ancient Village in Clouds”) adlı təqdimatla çıxış ediblər. Təqdimatda Xınalıq kəndinin unikal tarixi, mədəni irsi və turizm potensialı geniş şəkildə işıqlandırılıb.

Xınalıq təqdimatının əhəmiyyəti bir neçə aspektdə özünü göstərir. İlk növbədə, bu təqdimat Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Xınalıq kəndinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir. Xınalıq yalnız qədim tarixi ilə deyil, həm də zəngin mədəni irsi və bənzərsiz təbiəti ilə fərqlənir. Bu kəndin UNESCO-nun Dünya İrs Siyahısına namizəd olması onun dünya turizm xəritəsində önəmini artırır.

Eyni zamanda, bu təqdimat Azərbaycanın dayanıqlı turizm prinsiplərinə sadiqliyini nümayiş etdirir. Xınalıq təbiətə və mədəniyyətə dəyər verən, yerli icmaların rifahını dəstəkləyən turizm destinasiyası kimi tanınır. Bu isə yalnız iqtisadi deyil, həm də sosial və mədəni baxımdan turizmin inkişafını təşviq edir.

ATMU bu cür təqdimatlarla Azərbaycanın mədəni irsini və turizm potensialını beynəlxalq auditoriyalara tanıtmaq istiqamətində fəaliyyətini davam etdirir.

Linkə keçid edərək tələbələrimizin çıxışlarını təkrar izləyə bilərsiniz. https://www.youtube.com/watch?v=pxp3__nDUXM

@lifebeyondtourism

#ATMU

#Khinalug

#UNESCO

#LifeBeyondTourism

#CommunityandHeritage