“Rus Evi”ndə Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin Tələbə Turizmi Proqramının təqdimatı olub.
Proqram ikitərəfli əməkdaşlığın qurulması və beynəlxalq istiqamətin genişləndirilməsi məqsədi daşıyır.
Tədbir iştirakçılarını “Rus Evi”nin rəhbəri İrek Zinnurov qarşılayıb.
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) müəllim heyəti də iştirakçılar arasında yer alıb.
İlk olaraq Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyinin Dövlət Gənclər Siyasəti və Təhsil Fəaliyyəti Departamentinin Beynəlxalq Gənclər Əməkdaşlığı və Turizm Şöbəsinin rəis müavini Konstantin Malışev və Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin əməkdaşı, Tələbə Turizmi Proqramının PR xidmətinin mütəxəssisi Anastasiya Lenets iştirakçılara proqram barədə məlumat veriblər.
Daha sonra proqramın əhatə etdiyi sahələr, tələbə və gənclər üçün turizmin inkişafının müasir imkanları müzakirə edilib, video-çarx nümayiş olunub.
ATMU-nun kafedra müdiri, p.e.n., dos. Novruz Quliyev təmsil etdiyi universitet haqqında iştirakçılara geniş məlumat verib və proqramla bağlı təkliflərini bildirib.
Qeyd edək ki, tədbirdə ölkəmizin digər ali təhsil müəssisələrindən də nümayəndələr iştirak ediblər.
Azərbaycanca