ATMU əməkdaşları Qazaxıstanda keçirilən seminarlarda iştirak ediblər
29.11.2024
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 400
ATMU əməkdaşları Qazaxıstanda keçirilən seminarlarda iştirak ediblər

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup əməkdaşı Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramının PICASP layihəsi çərçivəsində Qazaxıstanın Aktau və Almatı şəhərlərində keçirilən seminar və tədbirlərdə iştirak ediblər.

ATMU bu iştirakını Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığına yönəlmiş “PICASP” (Pilot courses in Practice Enterprise to implement the University-Enterprise Cooperation for the development of Caspian Area) layihəsi çərçivəsində həyata keçirib. Layihədə ATMU-nu Biznes idarəçiliyi fakültəsinin dekanı Vüqar Nəzərov, Turizm və Qonaqpərvərlik fakültəsinin dekan müavini Emin Quliyev, rektor köməkçisi Samir Məhərrəmov, Beynəlxalq əlaqələr şöbəsinin layihə koordinatoru Aytac Babayeva, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova, Sosial Menecment fakültəsinin tyutoru Vüqar Nərimanbəyli, Turizm biznesi kafedrasının müəllimi Elnurə Əliyeva və İctimai fənnlər kafedrasının müəllimi Fatimə Süleymanova təmsil ediblər.

Aktau şəhərində Yessenov Universiteti və Almatı şəhərində Beynəlxalq Biznes Universiteti “PICASP” layihəsinin tərəfdaşları olaraq layihənin yekun dəyirmi konfranslarını təşkil ediblər. Tədbirlər çərçivəsində ATMU-nun əməkdaşları universitet-sənaye əməkdaşlığının inkişafına dair müzakirələrdə iştirak edib, layihənin məqsəd və nəticələrinin təqdimatında yer alıblar. Səfər çərçivəsində təşkil olunan turlar əməkdaşlara Qazaxıstanın zəngin mədəni və tarixi irsini yaxından tanımaq imkanı yaradıb.

Aktau şəhərində Mangistau Dövlət Tarix-Mədəniyyət Qoruğu, Kızılkup və Bozyjra kimi məşhur turistik məkanlara, Almatı şəhərində isə Qazaxıstan Dövlət Muzeyi, Şimbulak xizək kompleksi və Tanbaly Park kimi yerlərə ziyarətlər təşkil olunub.

Bu səfər ATMU əməkdaşlarının beynəlxalq təcrübə qazanmasına, Xəzər regionunda akademik əlaqələrin inkişaf etdirilməsinə və universitetin qlobal tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsinə töhfə verib.