ATMU-da narkomaniya ilə mübarizəyə həsr olunan infosessiya keçirilib
02.12.2024
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 338
ATMU-da narkomaniya ilə mübarizəyə həsr olunan infosessiya keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin dəstəyi ilə “Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin fəsadları, həmçinin onların qanunsuz dövriyyəsi haqqında qanunvericiliyin tələbləri” mövzusunda tələbələr üçün maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Xüsusilə Mühüm İşlər üzrə Baş Əməliyyat Müvəkkili, polis polkovnik-leytenantı Natiq İsbatov tələbələrə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin fəsadlarını ətraflı izah edib. Natiq İsbatov gənclərin bu istiqamətdə mütəmadi maarifləndirilməsinin vacibliyini qeyd edib. O, narkotik vasitələrdən istifadənin insan həyatı üçün təhlükəsindən danışıb. Polis polkovnik-leytenantı tələbələrə pis vərdişlərdən uzaq olmağı, onlara elm öyrənməyi, idmanla məşğul olmağı və digər faydalı işlərə maraq göstərməyi tövsiyə edib.

Tədbir tələbələrin “Narkomaniya ilə mübarizə” mövzusunda müxtəlif sualları ilə davam edib.

Qeyd edək ki, ATMU narkomaniyaya qarşı mübarizə ilə bağlı tələbələr arasında ən çox maarifləndirmə aparan ali təhsil müəssisələrindəndir.