Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 4-cü iclası keçirilib.
İclasda Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) də daxil olmaqla 5 ali təhsil müəssisəsində yekunlaşmış institusional akkreditasiya qiymətləndirilməsinin nəticələrinin müzakirəsi aparılıb, müvafiq komissiyalar tərəfindən hazırlanmış yekun hesabatlar təqdim edilib.
Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) institusional akkreditasiya nəticələri yüksək qiymətləndirilib və ATMU növbəti 5 il müddətinə akkreditasiya edilib.
Qeyd edək ki, cari ilin fevral ayının sonunda ATMU-da TKTA tərəfindən müəyyənləşdirilmiş Komissiya “Ali təhsil müəssisələrinin institusional akkreditasiya meyarları”na müvafiq olaraq universitetin 7 istiqamət üzrə fəaliyyətini qiymətləndirib. Nəticədə, ATMU-nun qiymətləndirilməsi uğurlu olmaqla “əsasən uyğundur” hesab edilib. Həmçinin, ATMU bundan əvvəlki illərdə turizm sahəsi üzrə beynəlxalq akkreditasiyaya müvafiq olaraq “TedQual”, Keyfiyyət idarəetmə sistemi üzrə İSO 9001:2015 və Təhsilin idarəedilməsi üzrə İSO 21001:2018 standartları üzrə sertifikasiyadan keçib.
Azərbaycanca