14.01.2021
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 454
"Azərbaycan muzeyləri"

Əziz tələbə və məzunlar, 

Sizləri "Experience Talks" layihəsi çərçivəsində "Azərbaycan muzeyləri" mövzusunda çıxış edəcək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin əməkdaşı Şahin Şahbazovun təqdimatına dəvət edirik.

Təqdimat zamanı Şahin Şahbazov Azərbaycan muzeylərinin fəaliyyəti, muzey sahəsində aparılan islahatlar və kadr siyasəti mövzusuna toxunacaq. Əgər siz gələcək karyeranızı muzeylərdə görürünüzsə, tədbirə qoşulun. 

Görüş 16 yanvar saat 16:00-da ZOOM tətbiqi ilə həyata keçiriləcək. Yalnız qeydiyyatdan keçənlərə görüş linki göndəriləcək.

Qeydiyyat linki: https://rb.gy/8mfade