“Şahdağ Turizm Mərkəzi” tələbələr üçün təlim təşkil edib
06.12.2024
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 351
“Şahdağ Turizm Mərkəzi” tələbələr üçün təlim təşkil edib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Şahdağ Turizm Mərkəzi”nin nümayəndələri tərəfindən tələbələr üçün təlim keçirilib.

Təlim zamanı tələbə gənclərə mərkəz haqqında geniş məlumat verilib. Onlara xizəkdən istifadə qaydaları, xizək sürmənin ən asan və təhlükəsiz yolları, xizək enişi və yamacları barəsində danışılıb. Müxtəlif atraksionlardan, kanat xətlərindən istifadə qaydaları izah edilib, eləcə də təlimçilər tərəfindən xizəksürmə vərdişləri və texnikası öyrədilib.

Sonda gənclərin sualları “Şahdağ Turizm Mərkəzi”nin əməkdaşları tərəfindən cavablandırılıb, xatirə şəkli çəkilib.

Qeyd edək ki, təlimdə iştirak edən tələbə gənclər 14 dekabr tarixində “Şahdağ Turizm Mərkəzi”nə ekskursiya etmək imkanı qazanıblar.