Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərəcək ATMU SDG (Dayanıqlı İnkişaf Məqsədləri) Klubunun açılış tədbiri uğurla həyata keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra ATMU-nun rektoru İlham Mədətov, Gənc İqlim Elçisi Könül Bayramova, ATMU THİK sədri Samir Abdullayev və ATMU SDG Klubunun sədri Telman Aslanlı çıxış edərək tədbirin və klubun əhəmiyyəti haqqında fikirlərini bölüşüblər.
Tələbələrin hazırladığı “Qaytağı” rəqsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin sonunda SDG mövzusu ilə bağlı məlumatlandırıcı video-çarx nümayiş olunub və xatirə şəkli çəkilib.
Azərbaycanca