Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup tələbəsi Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.
Azərbaycanın milli dəyərlərini, tarixi abidələrini və adət-ənənələrini tanıtmaq məqsədilə təşkil olunan ekskursiya zamanı tələbələr ölkəmizin müxtəlif bölgələrinə aid olan xalçaçılıq və əl işləri sənəti ilə tanış olublar. Qarabağ-Şirvan zonasının xalçaları və əl işləri turizmçi tələbələrin xüsusi marağına səbəb olub. Xalça Muzeyinin eksponatlarının zənginliyi, xalçaların növ müxtəlifliyi və rəngarəngliyi gəncləri heyran edib.
Muzeyin əməkdaşları tərəfindən tələbələrə Azərbaycanda xalça sənətinin yaranması, muzeyin qədim eksponatları, xalçalar və xalça məmulatları, milli geyimlər, misgərlik nümunələri və s. haqqında geniş məlumatlar verilib.
Ekskursiyanın sonunda tələbələr muzeyin xatirə dəftərinə ürək sözlərini yazıblar.
Azərbaycanca