ATMU-da ulu öndər H.Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
12.12.2024
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 383
ATMU-da ulu öndər H.Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbir ulu öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi müstəsna xidmətlərdən danışıb. O bildirib ki, H.Əliyev istər Azərbaycanın rəhbəri olduğu, istərsə də Sovet İttifaqının ali rəhbərliyində təmsil olunduğu zaman ölkəmiz və xalqımız qarşısında əvəzsiz xidmətlər göstərib. Rektor ulu öndərin ölkənin dövlətçilik tarixində müstəsna xidmətlərindən söz açaraq, dünya şöhrətli siyasi xadimin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada layiqincə təmsil etdiyini bildirib. İ.Mədətov qeyd edib ki, H.Əliyev öz biliyi, düşüncə qabiliyyəti, qətiyyəti, güclü iradəsi, liderlik bacarığı ilə dünya liderlərindən seçilib. Tədbirdə həmçinin, ulu öndərin rəhbərliyi dövründə müxtəlif sahələrdə həyata keçirilən islahatların əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, dahi siyasətçinin siyasi kursunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini təmin edib və bu gün dünyanın nüfuzlu ölkələri sırasındadır.

Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci mərhələsi və Moskvadakı fəaliyyəti barədə çıxış edən ATMU-nun professoru, t.ü.e.d Məhərrəm Zülfüqarlı onun ölkəmizə rəhbərlik etdiyi illəri dirçəliş və tərəqqi dövrü kimi xarakterizə edib. Professor ümummilli liderin ölkəmizin maraqlarını daim üstün tutmasından söz açaraq, onun siyasi irsinin gələcək nəsillərə ötürülməli olduğunu diqqətə çatdırıb. M.Zülfüqarlı ulu öndərin Azərbaycanın dövlətçiliyi tarixində gördüyü misilsiz xidmətlərindən, zəngin həyat və idarəçilik təcrübəsindən, böyük xilaskarlıq missiyasından bəhs edib.

Tədbirdə ATMU-nun müəllim və tələbələri çıxış edərək, dahi liderin ölkəmizin inkişafında və beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyinin gücləndirilməsindəki rolundan bəhs ediblər.