ATMU-da xalq artisti Məmməd Səfa Qasımovla görüş keçirilib
13.12.2024
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 347
ATMU-da xalq artisti Məmməd Səfa Qasımovla görüş keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) sevimli aktyorumuz, maraqlı obrazların müəllifi, xalq artisti Məmməd Səfa Qasımovla tələbələrin yaradıcılıq görüşü təşkil edilib. Görüş ATMU-nun nəzdində fəaliyyət göstərən CreArt Klubunun təşkilatçılığı ilə keçirilib.

Tədbirdə xalq artisti öz dərin fikir və təcrübələrini iştirakçılarla bölüşərək gənclərə unudulmaz bir gün yaşadıb.

Görüş zamanı Məmməd Səfa uzun yaradıcılıq yolundan və ədəbiyyat sahəsində uğurlardan danışıb, müasir ədəbiyyatın problemləri və perspektivləri ilə bağlı fikirlərini tələbələrlə bölüşüb.

Tədbir iştirakçıları arasında yazarlar və ədəbiyyat həvəskarları da yer alıb. Görüş yaradıcı fikir mübadiləsinə, ilham dolu anlara və yeni dostluqların yaranmasına şərait yaradıb.

Sonda tanınmış aktyor tələbələrin çoxsaylı suallarını cavablandırıb. Xatirə şəkilləri çəkilib.