Ötən tədris ilində (2023/2024-cü tədris ili) Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən (TKTA) “İnstitusional (və ya proqram) akkreditasiya zamanı özünütəhlilin aparılması və hesabatın tərtibi qaydaları” və “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları” adlı təlimlər keçirilib.
İki istiqamət üzrə dörd günlük təlimdə iştirak edən universitet əməkdaşları institusional akkreditasiya prosesi, akkreditasiya üzrə qiymətləndirmə meyarları, özünütəhlilin, qiymətləndirmənin aparılması və hesabatın tərtib olunması məsələləri barədə detallı məlumat alıblar. Bu, ATMU-nun institusional akkredtisayadan uğurla keçməsinə də öz töhfəsini verib.
Təlimin yekunlarına dair ATMU-nun 30-dan artıq əməkdaşı cari tədris ilində sertifikatlarla təltif edilib.
Azərbaycanca