Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Sosial-Menecment fakültəsinin bakalavr və magistr tələbələri “Mehmanxana və restoran biznesi” kafedrasının dosenti Çingiz Əliyevin rəhbərliyi ilə "Bakı Zooloji Parkı”nda praktiki məşğələdə olublar. Tələbələrə Baytarlıq klinikası laboratoriyasında mövcud olan müasir avadanlıqların, cihazların və aparatlarin iş prinsipi, quruluşu və texniki xarakteristikası haqqında ətraflı məlumat verilib. Heyvanların müayinə otağında olan avadanlıqlar, elektron tərəzi, termometr, həmçinin istifadə olunan bütün dərman və iynə pereparatları haqqında ətraflı danışılıb. Cərrahiyə otağında olan avadanlıqlar göstərilib və onların iş prinsipi izah edilib. Termostat, elektroşok, sterilizator, mikroskop, UV şüaları ilə tanışlıq olub.
“Meyvə-tərəvəz konservlərinin istehsal texnologiyası” fənninə uyğun olaraq, tələbələrlə birlikdə mikroskopda soğan və sitrus meyvələrinə baxış keçirilib. Tələbələr onların hüceyrə quruluşu ilə tanış olublar. Həmçinin, “Müəssisələrin layihələndirilməsi fənni” ilə əlaqədar olaraq, “Zooloji Park”ın yenidən qurulmasından sonra yaşıllaşdırma, heyvanların saxlanması üçün sığınacaqlarla tanışlıq həyata keçirilib. "Qida məhsullarının saxlanma texnologiyası" fənninə və "Qida Məhsullarının keyfiyyətinə Texniki-Kimyəvi Nəzarət" fənninə uyğun olaraq “Zooloji Park”da yerləşən bütün heyvanların qidalanması zamanı istifadə olunan qidaların saxlanılması prosesləri və onların keyfiyyətinin yoxlanılması haqqında ətraflı məlumat verilib. "Yabanı qida xammallarının tədarükünün təşkili" fənninə uyğun olaraq sahədə yerləşən bütün yabanı bitkilərlə tanışlıq keçirilib. Heyvanların hansı qaydada və şəraitdə yerləşdirilməsi barədə məlumatlar verilib.
“Bakı Zooloji Parkı”nın şöbə müdiri Dilbər xanım tərəfindən buranın tarixi, yenidənqurma işləri və orada olan bütün heyvanlar haqqında tələbələrə informasiyalar çatdırılıb. Daha sonra bələdçilərin rəhbərliyi altında heyvanlar və quşlar olan əraziyə baxış keçirilib.
Azərbaycanca