Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) professor-müəllim, inzibati və tələbə heyətinin iştirakı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icbari tibbi sığortanın təbliği məqsədilə maarifləndirici təlim keçirilib.
Təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Nərgiz Əlimərdanova icbari tibbi sığorta haqları, istifadə üçün tələb olunan sənədlər, xidmətlər zərfi ilə təminata alınan tibbi xidmətlər, onun elektron axtarış sistemi, dövlət və özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydaları, sağlam həyat tərzinin təbliği məsələlərini əhatə edən təqdimatla çıxış edib.
Təqdimat başa çatdıqdan sonra iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Azərbaycanca