ATMU tələbələri Boccia Azərbaycan Çempionatında
19.12.2024
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 330
ATMU tələbələri Boccia Azərbaycan Çempionatında

13 dekabr 2024-cü il tarixində Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Xidmətlər Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycanın Milli Paralimpiya Komitəsi və Azərbaycan Boccia İdman Federasiyasının dəstəyi ilə Sərhədçi İdman Olimpiya Mərkəzində Boccia Azərbaycan Çempionatı təşkil olunub. Tədbir Azərbaycanın paraolimpiya idmanının inkişafına mühüm töhfə olmaqla yanaşı, inklüziv cəmiyyət quruculuğunda idmanın əhəmiyyətini bir daha nümayiş etdirib.

Boccia Azərbaycan Çempionatında Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və ATMU THİK tərəfdaşlar arasında yer alıb. Çempionatda 50-yə yaxın ATMU tələbəsi təşkilatçı qismində iştirak edib.

Çempionatın sonunda isə tələbələrimiz Boccia Federasiyası tərəfindən təsdiqlənmiş xüsusi sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, belə sosial layihələr cəmiyyətimizdə həmrəyliyin, dəstəyin və paylaşmanın önəmini bir daha göstərir!

#ATMU #ATMUTHİK #BOCCIA #Həmrəylik #İnklüzivTəhsil