ATMU-da “Praktiki marketinq” adlı təlim keçirilib
20.12.2024
Biznes idarəçiliyi fakültəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 375
ATMU-da “Praktiki marketinq” adlı təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Biznes idarəçiliyi” fakültəsi və “Menecment” kafedrasının təşkilatçılığı ilə Biznes idarəçiliyi fakültəsinin məzunları tərəfindən “Praktiki marketinq” təlimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Biznes idarəçiliyi fakültəsinin dekanı Vüqar Nəzərov və Menecment kafedrasının rəhbəri Camal Hacıyev qonaqları salamlayaraq, təlim iştirakçılarına uğurlar arzulayıb. Menecment kafedrasının müəllimi və eyni zamanda ATMU-nun məzunu İlahə Əliyeva bu kimi təlimlərin xüsusi ilə universitet məzunları tərəfindən keçirilməsi, gələcək məzunların müvafiq ixtisas üzrə praktiki düşüncələrininin inkişafı və onların peşəkar kadr kimi yetişməsində daha təsiredici olduğunu vurğulayıb. ATMU-nun “Marketinq” ixtisası üzrə məzunları “Grandmart” supermarketlər şəbəkəsinin idarə heyətinin üzvü Tural Hacıyev, “Sharaf media” reklam agentliyinin layihə meneceri Ülkər İsayeva və “Azersun Holding” MMC brend meneceri Həsənalı İldırımov marketinq sahəsində ixtisasdan-peşəyə, kiçik və orta bizneslər üçün rəqəmsal marketinq alətləri, brendləşmə strategiyaları, Azərbaycanda brendinq imkanları kimi mövzularda təlim iştirakçılarını məlumatlandırıblar. Təlim tələbələrin çoxsaylı suallarının məzunlar tərəfindən cavablandırılması ilə davam edib. Sonda bütün təlim iştirakçıları sertifikat ilə təltif olunublar.