Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən “Karyera Kompası” çərçivəsində tələbələrin Mərkəzi Nəbatat Bağına səfəri təşkil edilib.
Səfər tələbələrin təbiətə yaxın olmalarını təmin etmək, eyni zamanda müxtəlif ekosistemlərlə bağlı biliklərini artırmaq məqsədi daşıyıb.
Görüş gənc turizmçilərin təbiətə olan maraqlarını inkişaf etdirmək və gələcək karyeralarında ekoturizm və ya ətraf mühitlə bağlı sahələrdə fəaliyyət göstərə biləcək yeni ideyalar təqdim etmək üçün nəzərdə tutulub. Səfər zamanı tələbələr Nəbatat Bağının zəngin florasını kəşf edərək təbiətə dair faydalı məlumatlar əldə ediblər.
ATMU THİK gələcəkdə də belə faydalı və maarifləndirici tədbirlər təşkil etməyi planlaşdırır.
#atmu #atmuthik #thik #KaryeraKompası #Turizm #Ekoturizm #Təbiət
Azərbaycanca