ATMU əməkdaşlarına Təşəkkürnamələr təqdim edilib
27.12.2024
Keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 566
ATMU əməkdaşlarına Təşəkkürnamələr təqdim edilib

2024-cü ilin noyabrın 11-22-də Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilib. Beynəlxalq tədbirdə fəal iştirak edən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup əməkdaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə Təşəkkürnamə ilə təltif ediliblər.

Qeyd edək ki, cari ilin 12-22 noyabr tarixlərində ATMU-nun müvafiq strukturlarından rektorluq əməkdaşları, şöbə müdirləri, baş mütəxəssis, mütəxəssis, tyutor və müəllimlərdən ibarət 11 nəfər üzvü (Samir Məhərrəmov, Sara Bağırlı, Orxan Musa, Aynur Bağırlı, Firuzə Raşova, Fazil Seyidli, Cavid Məmmədov, Hikmət Quliyev, Şəlalə Yusifova, Güllü Hacıyeva, Vüqar Nərimanbəyli) konfransın təşkili və keçirilməsinə hazırlıq mərhələsindən sonunadək qonaqların yerləşmə müəssisələrində fəaliyyət göstərməklə lazımi dəstəyi göstəriblər.

Onu da bildirək ki, ATMU-nun 500 nəfərə yaxın tələbəsi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) müxtəlif istiqamətlər üzrə könüllü kimi fəaliyyət göstəriblər. Bununla yanaşı, universitetin rəhbərlik, müəllim və tələbələrdən ibarət nümayəndə heyəti COP29 çərçivəsində keçirilən “Turizm günü”ndə görüş və tədbirlərdə iştirak ediblər.