27.12.2024
Keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 582
ATMU əməkdaşları “Keyfiyyətli təhsil – müasir çağırışlar” adlı forumda

ATMU əməkdaşları “Keyfiyyətli təhsil – müasir çağırışlar” adlı forumda iştirak ediblər

Cari ilin 24 dekabr tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Bakı Ali Neft Məktəbinin təşəbbüsü ilə “Keyfiyyətli təhsil-müasir çağırışlar” adlı forum keçirilib. Forumda Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) Keyfiyyət təminatı şöbəsinin müdiri Sara Bağırlı, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Aytac Babayeva, Turizm və qonaqpərvərlik fakültəsinin tyutoru Zeynəb Orucova təmsil edib.

“Məlumat-əsaslı qərarvermə yolu ilə ATM-də keyfiyyət mədəniyyətinin formalaşdırılması” və “Tələbəyönümlü yanaşma və effektiv təlim nəticələri” barədə iki paralel sessiya üzrə aparılan forumda ümumilikdə təhsildə keyfiyyət təminatı sistemi, beynəlxalq akkreditasiya, keyfiyyət mədəniyyəti, süni intelektin təhsil sahəsinə təsiri və s. kimi bir sıra məsələlər müzakirə edilib.

Qeyd edək ki, forumda 42 ali təhsil müəssisəsindən 120-dən artıq akademik və inzibati heyət üzvü iştirak edib.