ATMU tələbələri “AccessBank”da təlim keçiblər
30.12.2024
Karyera və Kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 610
ATMU tələbələri “AccessBank”da təlim keçiblər

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən “Karyera Kompası” layihəsi çərçivəsində tələbələrin “AccessBank”a səfəri təşkil edilib.
“AccessBank”da ATMU tələbələri üçün “Biznes idarəçiliyində karyera planlaması və bank sektorunun rolu” mövzusunda təlim keçirilib.  
Təlimdə “AccessBank”ın PR meneceri Ülviyyə İsmayılova, bankın İdarə heyətinin üzvü İlkin Quliyev, Korporativ işlər üzrə direktor Cavid Əliyev, Təhsil və İnkişaf meneceri Xumar Hüseynova “Karyera planlaması və Emosional zəka”, “Bank sektorunda korporativ müştərilərlə iş” və “Bank sektorunda karyera imkanları” mövzuları ətrafında təqdimatlarla çıxış edərək uzunillik təcrübələrini gənc turizmçilərlə bölüşüblər. Həmçinin, tələbələr bank sektorundakı peşəkar inkişaf və uğurlu karyera qurmaq üçün vacib olan keyfiyyətlər haqqında məlumatlandırılıblar.
Bu təlim “AccessBank”ın gənclərin peşəkar inkişafına dəstək vermək məqsədilə həyata keçirdiyi təşəbbüsün bir hissəsidir.
Azərbaycanın bank sektorunda peşəkar kadrların yetişdirilməsi prosesinə töhfə verən  “AccessBank” ATMU tələbələrinə də bu yolda dəstək olub.
Təlim tələbələrin sualları ilə davam edib. Sonda tələbələrə sertifikatlar təqdim olunub, xatirə şəkilləri çəkilib. 

#atmu #atmuthik #thik #AccessBank #SizinYerliAvropaBankınız #EmosionalZəka #Karyeraİmkanları