ATMU-da qış imtahan sessiyası davam edir
08.01.2025
--
Bölmə: Xəbərlər
Baxış sayı: 488
ATMU-da qış imtahan sessiyası davam edir

Azərbaycan Turizm ve Menecment Universitetində (#ATMU) 2024/2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir. Bakalavriatura səviyyəsində 14 ixtisas, magistratura səviyyəsində isə 11 ixtisaslaşma üzrə tələbələrimiz imtahanlarda iştirak edirlər. İmtahanlarda nəzarəti, tələbələrin biliyinin qiymətləndiriməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə universitet əməkdaşları fəaliyyət göstərirlər. Neqativ hallara imkan verməmək, o cümlədən daxil olan hər bir şikayətin, imtahanların təşkilində və gedişində baş verən nöqsanların operativ aradan qaldırılması üçün İmtahan Qərargahı fəaliyyət göstərir. ATMU-da imtahan qiymətləndirilməsindən narazı qalan tələbələr üçün Apellyasiya Komissiyası yaradılıb və “Qaynar xətt”in gün ərzində açıq olması təmin edilib.
28 dekabr tarixində başlayan cari imtahan sessiyası başladığı tarixdən etibarən 5 həftə müddətində davam edəcəkdir. 
Cari imtahan sessiyası sonunda universitetimiz üzrə keyfiyyət və müvəffəqiyyət göstəricilərinin yüksək olmasını ümid edir, imtahanlarda bütün tələbələrimizə uğurlar arzulayırıq!