Doğu Akdeniz Universitetinin rektoru ATMU-nu ziyarət edib
08.01.2025
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 500
Doğu Akdeniz Universitetinin rektoru ATMU-nu ziyarət edib

Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Doğu Akdeniz Universitetinin rektoru Prof.Dr.Hasan Kılıc və adıkeçən universitetin beynəlxalq əlaqələr üzrə rektor müşaviri Cahit Ezel 07 dekabr 2025-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) ziyaret edib. Görüşdə ilk olaraq ATMU-nun rektoru İlham Mədətov qonaqlara universitet haqqında, tədris prosesi, beynəxalq əlaqələr və xüsusən Türkiyə universitetləri ilə əlaqələr barədə ətraflı məlumat verib. Daha sonra hər iki universitet arasında mümkün əməkdaşlıq imkanları müzakirə edilib, xüsusilə beynəlxalq təhsil layihələri və proqramları çərçivəsində əməkdaşlıqların təşkili prioritet hesab olunub. 

Öz növbəsində Doğu Akdeniz Universitetinin rektoru da təmsil etdiyi universitet və onun hər il inkişaf edən imkanları haqqında ATMU heyətini məlumatlandırıb. Daha sonra universitetlər arasında mümkün əməkdaşlıq imkanları müzakirə edilib. Sonda hər iki universitet nümayəndələrinin iştirakı ilə xatirə şəkli çəkilib.