2024-cü ilin noyabrın 11-22-də Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilib. Beynəlxalq tədbirdə ATMU-nun 500 nəfərə yaxın tələbəsi müxtəlif istiqamətlər üzrə könüllü kimi fəaliyyət göstərib. COP29-da fəal iştirak edən ATMU THİK sədri Samir Abdullayev, ATMU TGT sədri İsa Həşimov və digər könüllü tələbələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə Təşəkkürnamə ilə təltif ediliblər.
Qeyd edək ki, ötən ilin 12-22 noyabr tarixlərində ATMU-nun müvafiq strukturlarından rektorluq əməkdaşları, şöbə müdirləri, baş mütəxəssis, mütəxəssis, tyutor və müəllimlərdən ibarət 11 nəfər üzvü də (Samir Məhərrəmov, Sara Bağırlı, Orxan Musa, Aynur Bağırlı, Firuzə Raşova, Fazil Seyidli, Cavid Məmmədov, Hikmət Quliyev, Şəlalə Yusifova, Güllü Hacıyeva, Vüqar Nərimanbəyli) COP 29-da fəal iştiraklarına görə prezidentin bu ali mükafatına layiq görülüblər. Onlar dünya miqyaslı konfransın təşkili və keçirilməsinə hazırlıq mərhələsindən sonunadək qonaqların yerləşmə müəssisələrində fəaliyyət göstərməklə lazımi dəstəyi göstəriblər.
Azərbaycanca