1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu tarix xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.
Düz 35 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu şaddır. İndi düşməndən azad edilən bütün ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır.
Faciənin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirik!
Allah şəhidlərimizə rəhmət eləsin!
Azərbaycanca