Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan olunub. Tədbirlər planına əsasən, Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Gündəlik həyatımızda hüququn rolu” adlı layihə həyata keçirilib.
Tədbirdə hüquqşünas təlimçi Sevinc Quliyeva tələbələrlə hüququn əhəmiyyəti mövzusunda müzakirələr aparıb. Tələbələrə hüquq sahələri, gündəlik həyatda rastlaşdığımız hüquqlar, pozuntu olduğu hallarda hüquqların müdafiəsi mexanizmləri haqqında təlim keçib. Təlim çərçivəsində müxtəlif oyunlar vasitəsilə hüququn praktikada tətbiqi nümayiş etdirilib. Layihə tələbələrə hüquqi biliklərin vacibliyini və onların gündəlik həyatda necə istifadə oluna biləcəyini praktik şəkildə öyrənmək imkanı yaradıb.
Tədbirin sonunda xatirə şəklilləri çəkilib.
Azərbaycanca