06.02.2025
Turizm Biznesi Kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 3769
Hörmətli bakalavr və magistr tələbələri!

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) 8 may 2025-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçılar üçün “Azərbaycan turizmi: bu günü və gələcəyi” mövzusunda X Respublika elmi-praktiki konfrans keçirəcək. Konfransın keçirilməsində əsas məqsəd tələbələri elmi-tədqiqat işinə cəlb etmək və bu sahəyə maraq yaratmaqdır.

Konfransın aşağıdakı bölmələrdə keçirilməsi nəzərdə tutulur:

1. Azərbaycanın işğaldan azad olunan ərazilərinin turizm potensialı

2. Azərbaycanın turizm destinasiyaları

3. Turizmin iqtisadiyyatı və idarəedilməsi

4. Turizmdə marketinq

5. Turizmdə dillərin rolu

6. Azərbaycanda qonaqpərvərlik və qida sənayesi: bugünkü və gələcək inkişafı

7. Turizmdə nəqliyyat xidmətləri

Konfransın işçi dilləri: Azərbaycan, rus və ingilis dili

Konfransda iştirak etmək üçün məruzənin mövzusu və müəllif haqqında aşağıda göstərilən məlumatlar daxil edilmiş müraciət formasının 30 mart 2025-cü il tarixinədək təşkilat komitəsinə göndərilməsi mütləqdir:

Adı, soyadı, ata adı;

Bakalavr / magistr;

Universitet;

Telefon (şəhər kodu göstərilməklə);

Elektron ünvan (e-mail);

Elmi rəhbərin adı və soyadı;

Məruzənin mövzusu;

Konfransın bölməsi.

Təşkilat komitəsi proqrama uyğun olaraq məruzələrin seçimini və proqrama daxil edilməsi hüququnu öz üzərinə götürür. Elmi səviyyəsi tələblərə uyğun olmayan materiallar məruzə üçün qəbul edilməyəcək.

Məqalə elektron şəkildə 15 aprel 2025-ci il tarixinədək konfrans-2025@atmu.edu.az elektron ünvanına göndərilməlidir.

Məqalələrin tərtib olunma qaydaları:

Məqalələr Microsoft Word 2003 və ya daha son versiyada hazırlanmalıdır. Məqalələr Times New Roman şriftlə, 12 ölçüdə, 1,5 intervalda yazılmalı, soldan, yuxarıdan və aşağıdan 2,5 sm, sağdan 1,5 sm yer buraxılmalıdır (A4 format). Məqalələr 5 səhifədən artıq olmamalıdır. Azərbayacan dilində olan məqalələrin xülasəsi azərbaycan, ingilis və rus dillərində, rus dilində olan məqalələrin xülasəsi rus, azərbaycan və ingilis dillərində verilməlidir, ingilis dilində olan məqalələrin xülasəsi azərbaycan, ingilis və rus dillərində verilməlidir (minimum 200 söz). Xülasələrin yazıldığı dillərdə açar sözlər verilməlidir. İstifadə edilən ədəbiyyatların siyahısı mənbənin adı, çap olunduğu məcmuə və nəşr ili göstərilməlidir. Əsərdən gətirilən sitat mətndə yerləşdirilib səhifə göstərilməklə kvadrat mötərizə içərisində [5, s. 23] şəklində verilməlidir. Təqdim olunan məqalənin sonunda müəlliflə əlaqə (telefon və ya elektron ünvan) və elmi rəhbərin adı və soyadı qeyd olunmalıdır. Həmçinin elmi rəhbərin rəyi əlavə edilməlidir.

Konfrans haqqında məlumat Azərbaycan Turizm və Menecment Universitetinin rəsmi saytında (http://www.atmu.edu.az) və rəsmi facebook səhifəsində (www.facebook.com/atmu.official) yerləşdirilmişdir.

Təşkilat komitəsi: “Turizm biznesi” kafedrası (otaq 508)

Məsul şəxs: Çinarə İmamverdiyeva

Əlaqə telefonu: (012) 5644233 (134)

Ünvan: Bakı, Koroğlu Rəhimov küç., 822/23

E-mail: konfrans-2025@atmu.edu.az

Təşkilat komitəsi